9 aprel 2012 00:04

Final mərhələsində yol yarılandı, lider izləyicilərindən aralandı

Futbol üzrə Azərbaycan Premyer Liqasında daha bir tura yekun vuruldu. Azerisport.az xəbər verir ki, 27-ci turun ikinci oyun günündə də 3 qarşılaşma baş tutdu.
 
Günə paytaxt derbisi ilə start verildi. İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda keçirilən qarşılaşmada lider “Neftçi” 6-cı pillənin sahibi “Bakı”nı qəblu etdi. Bu mövsüm keçirilən əvvəlki derbilərdə “ağ-qaralar” qələbə qazanan tərəf olmuşdular. Həmin oyunlarda olduğu kimi bu dəfə də “Neftçi” qələbə qazandı. İlk yarıda hesabı açan meydan sahibləri fasilədən az sonra daha bir qol vurdular. Premyer Liqanın bombardiri Bahodir Nasimov “Bakı”nın qapısına yol tapmaqla zirvədəki mövqeyini daha da möhkəmləndirdi. Sona üç dəqiqə qalmış Uinston Parks fərqi azaltsa da, “zolaqlılar”ın bundan artığına gücü çatmadı. Bununla da “Neftçi” ən yaxın izləyicisi ilə 6 xallıq fərq yaradaraq, çempionluq yolunda önəmli addım atdı.
 
Günün ikinci matçı “AZAL Arena”da keçirildi. Burda AZAL “Simurq”u qəbul edirdi. Hansı ki, elə “Neftçi” – “Bakı” oyununda olduğu kimi, burda da ikinci altılığın birincisiylə sonuncusu üz-üzə gəlirdi. Yeri gəlmişkən, bu qarşılaşma Vaqif Sadıqovun “təyyarəçilər”in sükanı arxasındakı debüt matçı idi.
 
Lakin yeni komandası onun debüt etdiyi oyunda qələbə qazana bilmədi. 3 qırmızı vərəqənin göstərildiyi oyunda 2 qol vuruldu. Hesabı 54-ci dəqiqədə penaltidən qonaqlar açdı. 1 dəqiqə sonra AZAL-dan Viktor İbekoyi meydandan qovuldu. 74-cü dəqiqədə hakim qonaq komandadan Tərlan Quliyevə, 5 dəqiqə sonra meydan sahiblərindən Aqil Nəbiyevə qırmızı vərəqə göstərdi. Lakin AZAL 9 nəfərlə qalmasına rəğmən 87-ci dəqiqədə bərabərliyi təmin etdib. Komandaya bir xal qazandıran qola meydana sonradan çıxan Ervin Bulku imza atdı. Beləcə, “təyyarəçilər” zirvədəki mövqeyini qoruduqları halda, sumqayıtlılar da son pillədən çıxmaq ümidlərini növbəti turlara saxlamış oldular.
 
Turun qapanış matçında isə “Rəvan”la “Sumqayıt” qarşılaşdı. “Dalğa Arena”da baş tutan qarşılaşmada komandalardan heç biri rəqib qapısına yol tapa bilmədi və oyun 0:0 hesabı ilə yekunlaşdı.
 
Qeyd edək ki, turun digər üç oyunu əvvəlki gün keçirilmişdi. “İnter”lə “Qarabağ” heç-heçə (1:1) oynamış, “Xəzər Lənkəran” “Qəbələ”ni (1:0), “Turan” “Kəpəz”i (2:0) məğlub etmişdi.
 
Məhz bu turun oyunları ilə Premyer Liqada final mərhələsinin birinci dövrəsinə yekun vuruldu. Yeri gəlmişkən, altılıq mərhələsinin ilk 5 turunun ən yaxşı komandaları da müəyyənləşib. Final mərhələsinin hər altılığında 1 komanda 5 turluq yolu məğlubiyyətsiz qət edib. Bunlar bütün çempionatların iştirakçısı olmuş “Qarabağ”la “Turan”dı. Ağdamlılar 1-6-cı, Tovuz təmsilçisi isə 7-12-ci yerlər uğrunda mübarizə aparanların yarışında ən yaxşı olub.
 
Ümumilikdə isə “Turan” final mərhələsinin ilk yarısının mütləq qalibi olub. Onlar evdə qələbə, səfərdə heç-heçə prinsipinə sadiq qalıb. Final mərhələsində qələbəsi olmayan yeganə komanda isə “Sumqayıt”dır.
 
Premyer Liqa
27-ci tur
 
AZAL – SUMQAYIT - 1:1 (0:0)
Qollar: E.Quliyev, 54-pen (0:1), E.Bulku, 87 (1:1).
Vərəqələr: Aqil Nəbiyev, 40 (hakimə etiraz etdiyinə görə), 79 (qeyri-idman hərəkəti), Viktor İbekoyi, 55 (hakimə etiraz etdiyinə görə), Şəhriyar Rəhimov, 83 (qeyri-idman hərəkəti) - Tərlan Quliyev, 15 (qeyri-idman hərəkəti); 74 (qeyri-idman hərəkəti) – sarı. Viktor İbekoyi, 55 (hakimi təhqir etdiyinə görə), Aqil Nəbiyev, 79 (qeyri-idman hərəkəti) - Tərlan Quliyev, 74 (qeyri-idman hərəkəti) – qırmızı.
Hakimlər: Rəhim Həsənov, Ramiz Əsədov, Elşən Acalov, Orxan Məmmədov.
AFFA nümayəndəsi: Sakin Məmmədzadə.
Hakim-inspektor: Səfər Haşımov.
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 3 dəq.
8 aprel 2012. AZAL Arena. 200 tamaşaçı.
AZAL: 1. Amil Ağacanov, 2. Robert Petrov, 5. Aqil Nəbiyev (k), 25. Tural Nərimanov, 16. Branislav Arsenijeviç, 13. Şəhriyar Rəhimov, 17. Viktor İbekoyi, 10. Nuqzar Kvirtiya, 7. Tərlan Xəlilov (11. Zohair Benuahi, 63), 14. Orxan Səfiyaroğlu (19. Hüseyn Axundov, 85), 15. Georgi Boqyu (8. Ervin Bulku, 80).
Ehtiyat oyunçular: 85. Həsən Ağacanlı, 6. Mindauqas Daunoraviçyus, 3. Usim Nduka.
Baş məşqçi: Vaqif Sadıqov.
Sumqayıt: 55. Andrey Popoviç, 4. Samir Abbasov (k), 15. Tərlan Quliyev, 16. Hacı Əhmədov, 22. Ruslan Tağızadə, 10. Eşqin Quliyev, 47. Abdulla Abatsıyev, 91. Ruslan Qurbanov (27. Ramil Haşımzadə, 82), 9. Orxan Həsənov (25. Uğur Pamuk, 90+1), 8. Emin Mustafayev (90. Yasin Abbasov, 69), 11. Kamil Nurəhmədov.
Ehtiyat oyunçular: 1. Emil Balayev, 52. Bədavi Hüseynov, 7. Mahmud Qurbanov, 19. Orxan Əliyev.
Baş məşqçi: Bernard Raab.
 
RƏVAN – SİMURQ - 0:0 (0:0)
Hakimlər: Rauf Cabbarov, Azər Əsgərov, İsgəndər Əliyev, Tahir Əhmədov.
AFFA nümayəndəsi: Rauf Əmirov.
Hakim-inspektor: Fazil Mürşüdov.
Vərəqələr: Ekrem Hodziç, 33 (rəqibə badalaq), Tural Axundov, 90 (hakimin qərarına etiraz) - Vidas Alunderis, 13 (qeyri-idman hərəkəti), Rasim Ramaldanov, 64 (qeyri-idman hərəkəti), Emin Cəfərquliyev, 81 (rəqibi tutduğuna görə), Aleksandr Şemonayev, 90+3 (qeyri-idman hərəkəti) – sarı.
Artırılan vaxt: I hissədə - 2 dəq.; II hissədə - 3 dəq.
8 aprel 2012. Bakı. Dalğa Arena. 135 tamaşaçı.
Rəvan: 12. Davud Kərimi, 3. Miloş Zeçeviç (k), 4. Ekrem Hodziç, 5. Natiq Kərimi, 6. Taqim Novruzov, 8. Tural Axundov, 10. Nemanya Vidakoviç, 11. Şeriff Suma, 15. Tural Cəlilov (9. Vüsal Qarayev, 87), 17. Ramazan Abbasov, 20. Kristian Torres.
Ehtiyat oyunçular: 99. Murad Qənbərov, 7. Elvin Musazadə, 13. Fərid Həşimzadə, 14. Sergey Artyux, 22. Amid Hüseynov, 24. Hüseyn İsgəndərov.
Baş məşqçi: Bəhmən Həsənov.
Simurq: 32. Dmitri Kramarenko, 7. Ruslan Poladov, 79. Vidas Alunderis, 3. Rasim Ramaldanov (k) (28. Rüstəm Abbasov, 69), 13. Aleksandr Şemonayev, 29. İqor Tarasov, 4. Vasili Yanotovski, 2. İlkin Qırtımov (8. Qərib İbrahimov, 23), 21. Emin Cəfərquliyev (9. Əli Bağırov, 84), 77. Daniel Genov, 19. Anatoli Doroş.
Ehtiyat oyunçular: 1. Fuad Əhmədov, 6. Mikayıl Rəhimov, 10. Tofiq Mikayılov, 23. Ruhid Usubov.
Baş məşqçi: Georgi Çixradze.

NEFTÇİ – BAKI - 2:1 (1:0)
Qollar: Flavinyo, 21 (1:0), B.Nasimov, 52 (2:0), U.Parks, 87 (2:1)
Vərəqələr: Cavid Hüseynov, 77 (qeyri-idman hərəkəti) - Maris Verpakovski, 66(qeyri-idman hərəkəti), Nenad Kovaçeviç,77 (qeyri-idman hərəkəti) – sarı.
Hakimlər: Fariz Yusifov, İlham Əliyev, Elman Musayev, Fuad Həsənov.
AFFA nümayəndəsi: Qürbət Həsənov.
Hakim-inspektor: Xəqani Məmmədov.
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 4 dəq.
8 aprel 2012. İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu. 1550 tamaşaçı.
Neftçi: 1. Rauf Mehdiyev, 3. Denis Silva, 5. İqor Mitreski, 6. Slavço Georgiyevski, 9. Flavinyo (28. Emin Mehdiyev, 75), 14. Bahodir Nasimov, 15. Ruslan Abışov (k), 16. Alessandro Viana da Silva, 18. Ruslan Əmircanov, 19. Mirhüseyn Seyidov (25. Cavid İmamverdiyev, 78), 27. Rəşad Abdullayev (11. Cavid Hüseynov, 68).
Ehtiyat oyunçular: 30. Saşa Stamenkoviç, 8. Elşən Abdullayev, 22. Fərid Quliyev, 32. Elvin Yunuszadə.
Baş məşqçi: Böyükağa Hacıyev.
Bakı: 1. Marko Şarliya (k), 3. Denis İvanov, 6. İbrahim Karqbo, 8. Junior Xavier Vilson (99. Rəhman Hacıyev, 65), 11. Elvin Məmmədov (10. Lukas Mario Horvat, 79), 21. Novruz Məmmədov, 24. Kovaçeviç Nenad, 25. Şəhriyar Əliyev, 30. Maris Verpakovski, 36. Uinston Parks, 77. Aleksandar Soliç (7. Çesnauskis Deividas, 64).
Ehtiyat oyunçular: 16. Aqil Məmmədov, 2. Duje Bakoviç, 15. Cəmşid Məhərrəmov, 19. Nurlan Novruzov.
Məşqçi: Novruz Əzimov.
 
1
Neftçi
27
18
3
6
51 - 24
27
57
2
Xəzər L
27
15
6
6
37 - 22
15
51
3
Qarabağ
27
14
8
5
32 - 17
15
50
4
İnter
27
14
7
6
25 - 17
8
49
5
Qəbələ
27
12
6
9
35 - 29
6
42
6
Bakı
27
12
5
10
32 - 28
4
41
 
1
AZAL
27
10
6
11
40 - 42
-2
36
2
Rəvan
27
8
8
11
27 - 32
-5
32
3
Kəpəz
27
8
5
14
32 - 44
-12
29
4
Simurq
27
6
7
14
23 - 39
-16
25
5
Turan
27
6
4
17
22 - 36
-14
22
6
Sumqayıt
27
4
5
18
20 - 46
-26
17
 
Qarabağ
2
3
0
5 - 3
9
Neftçi
2
2
1
6 - 7
8
Qəbələ
2
1
2
8 - 6
7
Xəzər Lənkəran
2
1
2
4 - 3
7
Bakı
2
0
3
5 - 6
6
İnter
1
1
3
4 - 7
4
 
Turan
3
2
0
9 - 3
11
Rəvan
2
1
2
4 - 3
7
Kəpəz
2
1
2
6 - 6
7
AZAL
2
1
2
5 - 7
7
Simurq
1
3
1
5 - 5
6
Sumqayıt
0
2
3
4 - 9
2
 
Bombardirlər:
15 - Bahodir Nasimov (Neftçi)
10 - Tales Şütz (AZAL), Yuri Fomenko (Kəpəz), Flavinyo (Neftçi)
9 - Zohair Benuahi (AZAL)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.