8 aprel 2012 11:20

Rəşad Sadıqov: İndi bunu etməyimiz mümkünsüzdü

“Qarabağ”ın müdafiəçisi Rəşad Sadıqov Premyer Liqanın 27-ci turunun “İnter”lə oyunundan (1:1) sonra azerisport.az saytının suallarını cavablandırıb.
 
- “İnter”lə oyununuzu necə dəyərləndirərdiz?
- Çətin oyun alındı. Prinsipcə, başqa cür ola da bilməzdi. Çünki ilk altılıqda bütün oyunlar çox ağır keçir. Qələbəyə çox yaxın idik. Amma son dəqiqələrdə onu əldən verdik.

- Qələbə üçün nə çatışmadı?
- Mən deməzdim ki, bizdə bunun üçün nəsə çatışmadı. Hər şey plan üzrə gedirdi. Sadəcə, hesab 1:0 bizim xeyrimizə olarkən ələ düşən iki yaxşı qol vəziyyətini dəyərləndirməyimiz lazım idi. Onlardan ən azı birini qola çevirə bilsəydik, qələbə bizim olacaqdı. Biz onları vura bilmədik, rəqib də bunu bağışlamadı.
 
- Bəs dediyiniz plan nədən ibarət idi?
- Oyunun ilk hissəsində ehtiyatlı oynamaq istəyirdik. Rəqib yorulandan sonra isə, son yarım saatda hücum futbolu sərgiləməyi planlaşdırmışdıq.
 
- Ehtiyatlı oyun hara, “Qarabağ” hara?
- Niyə ki? Biz səfərdə “İnter”lə qarşılaşırdıq. Nə etməli idik ki? 90 dəqiqə rəqibi qapısına sıxışdırmalı idik? Axı bu, mümkünsüzdü.
 
- Adətən bu, “Qarabağ”da alınır...
- Daha ilk altılıq oyunlarında da yox. Burda hər şey fərqlidi. Bütün rəqiblərimiz güclüdü və heç kim asanlıqla xal vermək istəmir.
 
- Bu itirilən xallar çempionluq şanslarınıza nə dərəcədə təsir göstərəcək?
- Düzdü, iki vacib xal itirdik. Amma heç-heçəni də pis nəticə saymaq olmaz. Mübarizə isə qarşıdadı və hələ də davam edir.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.