8 aprel 2012 00:04
“Azərbaycanla oyunda bizi DÇ-yə çıxaracaq nəticə istəyirik”
Futzal üzrə Rusiya yığmasının baş məşqçisi Sergey Skoroviç dünya çempionatına vəsiqə uğrunda Azərbaycan millisinə qarşı keçirəcəkləri cavab pley-off oyunu öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, bunları dilə gətirib:
“Ən yaxşı oyunlarımızdan birini sərgiləməyə çalışacağıq. Bizi dünya çempionatına çıxaracaq nəticə qazanmaq istəyirik. Əlbəttə ki, bunun üçün də hücum etməli olacağıq. Meydana çıxacaq futbolçular tam güclərini qoymalıdılar. Azərbaycan yığmasının gücünü başa düşürük. Ümidvaram ki, ilk oyundan düzgün nəticə çıxaracağıq”.