8 aprel 2012 20:30
Amitsiz Erciyesspor yenə məğlub oldu (YENİLƏNİB)
Futbol üzrə Türkiyənin Bank Asya birinci liqasında 29-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, millimizin yarımmüdafiəçisi Amit Quluzadənin çıxış etdiyi “Erciyesspor” da bu gün növbəti oyununa çıxıb.
Həmyerlimizin komandası səfərdə “Adanaspor” ilə qarşılaşıb. Son dövrlər uğursuz çıxışı ilə diqqət çəkən Kayseri klubu rəqib meydanında uğurlu nəticə qazanmaq istəyində olsa da, yenə məğluyyətlə üzləşib.
Son oyunda 13 dəqiqə forma geyən Amitin bu dəfə hansı aqibəti yaşayacağı maraq doğururdu. Baş məşqçi Kemalettin Şentürk bu dəfə futbolçumuza da şans verməyib. Belə ki, həmyerlimiz nədənsə heç ilk "18-liy"ə də daxil edilməyib.
Qeyd edək ki, Kayseri klubu hazırda 289oyundan sonra 39 xalla 8-ci pillədə qərarlaşıb.
Türkiyə Bank Asya birinci liqası
29-cu tur
8 aprel
Adanaspor - Erciyesspor - 2:1 (2:0)
