8 aprel 2012 19:15
Millimizin forvardına oynamaq qismət olmadı (YENİLƏNİB)
Futbol üzrə Azərbaycan yığmasının hücumçusu Vüqar Əsgərov bu gün Latviya çempionatında növbəti matçına çıxa bilərdi. Azerisport.az xəbər verir ki, o, ölkə çempionatının 3-cü turu çərçivəsində “Ventspils” ilə görüşün iştirakçısı olmaq şansına malik idi.
Lakin bu görüş baş tutmayıb. Qarşılaşma rəqib meydanında keçiriləcəkdi. Bu məqsədlə Liepaya təmsilçis hətta səfərə yollanıb, komandalar oyun öncəsi ənənəvi məşqə də çıxıblar. Lakin son anda qarşılaşmanın təxirə salınmasına qərar verilib.
Baş məşqçi Vladimir Osipov bu oyunda Vüqara da şans verə bilərdi. Hər halda açıqlanan heyətdə millimizin üzvü ehtiyat oyunçular arasında yer alsa da, oyunun gedişində meydana çıxa bilərdi. Xatırladaq ki, Əsgərov bundan əvvəlki oyunların hər ikisində son dəqiqələrdə də olsa, meydana çıxmağa imkan tapmışdı.
Qeyd edək ki, Liepaya klubu hazırda 2 oyundan sonra 6 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. “Ventspils” isə 3 xalla 10 komanda arasında 4-cüdü.
Latviya çempionatı
3-cü tur
8 aprel
Ventspils - Metallurg (matç təxirə salınıb)
