8 aprel 2012 00:28
Araz Abdullayev daha bir mövsüm Panioniosda çıxış edə bilər
Futbol üzrə gənclərdən ibarət Azərbaycan yığmasının üzvü Araz Abdullayev daha bir mövsüm Yunanıstanda çıxış edə bilər. Azerisport.az xəbər verir ki, onun gələn mövsümdə də “Panionios”da çıxış etməsi ehtimalı yüksəkdi.
Məsələ burasındadı ki, futbolçumuzun müqavilə ilə məxsus olduğu İngiltərənin “Everton” klubu Abdullayevin oyun təcrübəsini itirməməsi üçün növbəti mövsümdə də başqa klubda oynamasını istəyir. Belədə, Arazın hazırda icarə əsasında oynadığı “Panionios”da qalması mümkündü. Təbii ki, Yunanıstan klubu onu heyətində saxlamaqda maraqlı olsa.
