9 aprel 2012 00:10
Araz Abdullayevsiz Panionios məğlub oldu (YENİLƏNİB)
Araz Abdullayevin çıxış etdiyi “Panionions” klubu Yunanıstan Super Liqasında növbəti oyununu keçirib. Azerisport.az xəbər verir ki, milli komandamızın üzvünün komandası “Panitiniakos”un qonağı olub.
Oyun Arazın komandası üçün uğursuz nəticələnib. Belə ki, “Panitiniakos” 3:0 hesablı qələbə qazanıb. Hər üç qol ikinci yarıda vurulub.
“Panionios”un baş məşqçisi bu oyunda Arazın xidmətinə ehtiyac duymayıb. Futbolçumuzun adı 18-liyə salınmayıb.
