8 aprel 2012 00:37
“Vaqif Sadıqova böyük ümidlər bəsləyirik”
AZAL rəhbərliyi Vaqif Sadıqovun baş məşqçi təyinatına münasibətini açıqlayıb. Azerisport.az xəbər verir ki, paytaxt klubunun vitse-prezidenti Fikrət Hüseynov bu məsələyə münasibət bildirərkən, aşağıdakı fikirləri söyləyib:
“Son dövrlərdəki uğursuzluqlar bizi məşqçilər korpusunda dəyişikliklərə əl atmağa məcbur etdi. AZAL ölkə kubokunda uğursuz çıxış etdi. Nəticədə bu mövsüm üçün heç bir hədəfimiz qalmadı. Buna görə də məşqçilər korpusunun istefasını dərhal qəbul etdik. Hesab edirik ki, Sadıqovla müqavilə imzalamaqla düzgün addım atmış olduq. Təcrübəli mütəxəssis kimi komandaya köməyi dəyə bilər. Biz ona böyük ümidlər bəsləyirik”.