9 aprel 2012 13:02

“Neftçi - İnter matçının afişası çox şeydən xəbər verir”

“İnter”in hücumçusu Baçana Tsxadadze “Qarabağ”la baş tutmuş oyun barədə danışıb, “Neftçi” ilə qarşıdakı oyun haqqında fikirlərini bölüşüb. Azerisport.az həmin müsahibə ilə sizi də tanış edir.
 
- “Qarabağ”la qarşılaşma çətin və kifayət qədər maraqlı mübarizə şəraitində keçdi...
- Oyun çox yaxşı alındı. Məhz belə matçlar da çempionatı bəzəyir. Düşünürəm ki, hər iki komanda Azərbaycanı avrokuboklarda  təmsil etməyə layiqli oyun nümayiş etdirdi. Etiraf edim ki, “Qarabağ”ın oyunu məndə rəğbət doğurur. Bu komandaya qarşı oynamaq həmişə maraqlıdı. Təəssüf ki, biz acınacaqlı qol buraxdıq, ancaq yaxşı ki, cavab qolunu vurmaq bizə müyəssər oldu.
 
- Matçadək səhhətinizlə bağlı problem vardı. Yüksək temperatura görə bir neçə məşqi buraxmalı olmuşdunuz...
- Səmimi deyim ki, buna görə mən komandayla 6 gün ərzində məşq etmədim. Oyuna bir gün qalmış uşaqlarla birlikdə cəmi bir məşq keçirdim. İdeyaya görə, mən “Qarabağ”la meydana çıxmamalıydım, lakin son anda adımın iştirak vərəsinə salınması qərara alındı. Mənə göstərilən etimada görə məşqçilər heyətinə təşəkkür etmək istəyirəm. Bundan sonra da etimadı doğrultmağa çalışacağam.
 
- Çempionatın son üç matçında “İnter” üç məğlubiyyətə uğradı, lakin “Qarabağ”la oyunda bu xoşagəlməz seriya qırıldı. Necə düşünürsünüz, bu qarşılaşmanın komandanın o qədər də yaxşı olmayan psixoloji vəziyyətdən çıxmasına və yenidən öz gücünə inamın artmasına kömək edəcəkmi?
- Nəzərimcə, “Qarabağ”la matçadək biz bu vəziyyətdən çıxmışdıq. Komanda ötən oyunlarda məğlub olmuşdu, amma indi biz yenidən öz gücümüzə inandıq və bu vəziyyət də oynumuzda mütləq müsbət əks olunmalıdı.
 
- “Neftçi” ilə qarşıdakı matç barədə nə deyə bilərsiniz?
- Düşünürəm ki, “Neftçi” - “İnter” matçının afişası artıq çox şeydən xəbər verir. Bu, hər iki komanda üçün çox vacib oyun olacaq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.