9 aprel 2012 00:58
“Futbolda əsas nəticədi, nəinki yaxşı oyun”
Azerisport.az sizi “Simurq”un yarımmüdafiəçi İqor Tarasovun müsahibəsi ilə tanış edir.
- İqor karyeranda ilk dəfədi ki, legioner həyatı yaşayırsan. Azərbaycanı bəyənirsənmi? Gəlməmişdən qabaq bu ölkənin futbolu haqqında nəsə bilirdin?
- Bəli, ilk dəfədi. Bura gəlməmişdən qabaq bilirdim ki, Latviya yığmasının baş məşqçisi və bir neçə il mənim “Skonto”da məşqçim olmuş şəxs burada işləyir. Həmçinin bizim ölkədən Azərbaycanda oynayan futbolçular olduğu haqqında məlumatım var idi. İnternet vasitəsi ilə də əlavə məlumat toplamışdım. Bura gəldikdən sonar bir neçə oyundan sonra anladım ki, Azərbaycan çempionatı həqiqətən yüksək səviyyədədi, oyunlar maraqlı keçir və bütün bunlar mənim xoşuma gəlir.
- “Simurq” haqqında nə deyə bilərsən? Zaqatalan şəhərini, “Simurq” xoşuna gəlirmi?
- Əlbəttə. Hər şey yaxşıdı. Əla stadionumuz var. İnsanlar bura futbola baxmağa gəlir. Bazamız çox rahatdı. Şəhər böyük deyil. Ailəmlə birlikdə gəzməyə çıxıram, yaxşı yaşayırıq. Həyat yoldaşım, uşağım buranı çox bəyənir.
- Komandanın turnir çədvəlindəki mövqeyi haqqında nə deyə bilərsən?
- Fikrimcə, biz çox yaxşı futbol oynayırıq. Qarşılaşmalarda çoxlu qol vəziyyətləri yaradırıq. Əlbəttə ki, bunlardan az istifadə edə bilirik. Bunun üçün daha çox çalışmaqlıyıq. Təbii ki, futbolda əsas nəticədi, nəinki yaxşı oyun. Məncə ürəklə, indikindən bir az daha yaxşı oynasaq əla nəticələr əldə edərik. Hər şey sonda bilinəcək. “Qara xətt” sona qədər belə qalmır. Sən istəyəndə onu “ağ xətt”ə çevirə bilirsən. Biz də heç bir şeyə fikir vermədən çalışmalıyıq. Hərdən qayıdıb analizlər aparmalıyıq. Düşünürəm hazırda biz düz yoldayıq.
- İqor, öz oyunun haqqında nə deyərdin?
- Oyunum haqqımda danışmağı xoşlamıram. Bu barədə qoy jurnalistlər, məşqçim danışsın. Başımı aşağı salıb üzərimə düşən işi gücüm çatan qədər ən yüksək səviyyədə yerinə yetirməyə çalışıram. Mən futbol oymağı çox xoşlayıram. Hansı klubda oynayıramsa oranı mənim komandam sayıram və burada üzərimə düşəni etməyə çalışıram.
- İlk qarşılaşmalarda oyunun istənilən səviyyədə alınmırdı. Bunu nə ilə əlaqələndirərdin?
- Bəli, istənilən kimi deyildi. Ona görə ki, çempionatın ikinci dövrəsinə yaxşı hazırlıq keçə bilməmişdim. Fasilədə bir neçə klubda baxışda olmuşdum. Bundan sonra bir müddət böyük fasilə fiziki göstəricilərimə təsir göstərdi. Lakin davamlı olaraq formamı bərpa etmək və qorumaq üçün çalışıram. Ən əsası da yaya qədər yaxşı oyunu davam etdirməliyəm.
- Artıq “Simurq”un heyətində iki qol vurmağı bacarmısan. Növbəti oyunlar haqqında nə düşünürsən? Bunun davamı gələcəkmi?
- Nəsə demək çox çətindi. Bəli, iki qol vurmuşam. Ancaq bunu komandanın yaxşı oyunu ilə əlaqələndirərdim. Birlikdə çalşmağımızın, əla hücum təşkil etməyimizin sayəsində bu qollar vurulur. Bu oyundu. Yaxşı zamanda, yaxşı yerdə olmaq lazımdır ki, düşən imkanı dəyərləndirəsən. Qollarda tək mənim işim deyil. Hamı çalışdı, mən isə sonuncu zərbəni vurdum.
- Mövsümün sonunda müqaviləvin vaxti qurtarır. Burda qalmaq haqda fikirləşirsənmi?
- Hazırda çempionat davam edir. Əsasən oyunum haqqında düşünürəm. Əgər təklif olarsa əlbəttə ki, dəyərlədirəcəm. Bu barədə nəsə demək çətindi. Bu barədə klub rəhbəri ilə də hələ ki, heç bir danışığımız olmayıb. Hazırda mən işimi görürəm. Sonda bilinəcək mənə qalmağı təklif edəcəklər, ya etməyəcəklər. İndiki vəziyyətdə nəsə deyə bilmərəm.
- Sonda komandanın azərkəşlərinə nə deyərdin?
- İlk öncə onlara çox sağolumu bildirirəm. Xüsusən ev oyunlarında bizi tək qoymurlar. Qol vurarkən və ya hansısa hücum zamanı təhlükəli vəziyyət yaradanda azərkeşlərin dəstəyin eşidəndə bu bizə çox kömək edir. Yaxşı olardı ki, onları təkcə ev oyunlarında deyil, səfər qarşılaşmalarında da görərdik. Bilirik ki, yol uzundu. Gəlib getmək var. Ancaq səfər oyunlarında bu dəstəyə çox ehtiyacımız olur. Futbolçu üçün azərkeş dəstəyi çox vacibdi. Fərqi yoxdu ev oyunlarında, səfər oyunlarında. Futbolu onlarsız təsəvvür etmək olmaz. “Simurq”un oyunlarına gələn zaqatalalıların, o cümlədən mənim doğma şəhərimdəki yaxınlarımın uğularımıza çox sevindiklərini bilirəm. (klubun saytı)
