9 aprel 2012 19:33
Yığmamız möcüzə edə bilmədi (YENİLƏNİB)
Futzal üzrə dünya çempionatına vəsiqə uğrunda pley-off oyunları keçirilib. Azerisport.az xəbər verir ki, bu il Tailandda keçiriləcək mundiala vəsiqə qazanmağa iddialılar arasında olan Azərbaycan yığması da həlledici oyununa bu gün çıxıb.
Joze Alesio da Silvanın rəhbərlik etdiyi yığmamız Rusiya ilə mübarizə aparırdı. Evdə və səfərdə prinsipi ilə keçirilən oyunların nəticəsinə görə daha üstün olan komanda DÇ-yə vəsiqəyə sahib çıxacaqdı. Azərbaycan yığması ilk oyununu evdə keçirmiş və məğlub olmuşdu – 2:3. Bu üzdən komandamız DÇ-yə vəsiqə qazanmaq üçün Tümendə keçiriləcək cavab matçında mütləq 2 top fərqi ilə qələbə qazanmalıydı.
Lakin çox təəssüf ki, komandamızın gücü yalnız iki qol vurmağa çatıb. Qeydə alınan heç-heçə isə məhz şimal qonşularımızı DÇ-yə çıxarıb.
Futzal
DÇ-2012-nin pley-off mərhələsi (cavab oyunu)
9 aprel
RUSİYA - AZƏRBAYCAN - 2:2 (1:1)
İlk oyun - 3:2
Hakimlər: Karel Heniç, Yan Kresta, Radek Venç (Çexiya).
Tümen. “Mərkəzi İdman Kompleksi.
RUSIYA: 12. Qustavo, 5. Sergey Sergeyev (k), 9. Sergey Abramov, 10. Konstantin Mayevski, 15. İldar Nuqumanov.
Ehtiyat oyunçular: 1. Leonid Klimovski, 2. Vladislav Şayahmetov, 3. Nikolay Pereverzev, 4. Dmitri Prudnikov, 7. Pula, 13. Aleksandr Fukin, 14. İvan Milovanov.
Baş məşqçi: Sergey Skoroviç.
AZƏRBAYCAN: 19. Elnur Zamanov, 5. Felipe, 13. Kaka, 14. Vitali Borisov, 18. Jadder Dantas.
Ehtiyat oyunçular: 12. Marat Salyanski (k), 3. İlkin Hacıyev, 4. Serjao, 6. Zeynal Zeynalov, 7. Rəcəb Fərəczadə, 10. Seymur Məmmədov, 15. Rüfət Balakişiyev.
Baş məşqçi: Joze Alesio.
Oyun başladı
Komandamız ilk dəqiqələrdən hücumdadı və artıq üç dəfə qola yaxın olub
5. Pereverzov dəqiq zərbə ilə hesabı açır - 1:0
8. Ruslar qoldan sonra da hələ ki, üstün oyun sərgiləyən tərəfdi
10. E.Zamanov ardıcıl iki epizodda komandamızı real qoldan xilas edir
12. Borisovun zərbəsini Qustavo kornerə çıxarır
13. E.Zamanovdan daha bir əla reaksiya
14. R.Fərəczadə ehtiyatda olmasına rəğmən, hakim tərəfindən sarı vərəqə ilə cəzalanır
15. Rusların müdafiə xəttini yarmaq komandamıza hələ ki, nəsib olmur
16. Joze Alesio artıq sona 3 dəqiqə qalmış qapıçını meydan oyunçusu ilə əvəzləyir
18. Bu taktikamız dərhal bəhrəsini verdi: Serjao əla ötürməni tora qovuşdurur - 1:1
19. Kakanın zərbəsi qapı çatına tuş gəlir
Birinci hissə başa çatdı
İkinci hissə başladı
22. Ruslar ikinci hissəyə qolla başlayırlar: Fukinin zərbəsi dəqiq olur - 2:1
25. Jadder əllə oyuna görə sarı vərəqə ilə cəzalanır
29. Yığmamız Jadderin qolu ilə hesabı bərabərləşdirir - 2:2
30. Futzalçılarımızın ikisi rəqib qapıçı ilə üz-üzə qalsalar da, inanılmaz epizodu boşa verirlər
33. Borisov da kobud oyuna görə sarı vərəqə ilə cəzalanır
39. Artıq saniyələr qalsa da, komandamızın təzyiqi heç cür qol gətirmir
Matç başa çatdı
