9 aprel 2012 15:27

Super Liqanın final mərhələsinin püşkü atıldı

Türkiyə Super Liqasının qalibini və avrokuboklara qatılacaq komandaları müəyyənləşdirəcək “Super Final”ın püşkü atılıb. Azerisport.az xəbər verir ki, püşkatmada “Çempionluq qrupu” və “Avroliqa qrupu”nun təqvimi müəyyənləşib.
 
“Çempionluq qrupu”nda Super Liqanın “Liqa qrupu”nu ilk dörd sırada tamamlayan “Galatasaray”, “Fenerbahçe”, “Trabzonspor” və “Beşiktaş”, “Avroliqa qrupu”nda isə 5-8-ci yerləri tutan “Sivasspor”, “Eskişehirspor”, “İstanbul BB” və “Bursaspor” çıxış edəcək.
 
“Super Final” aprelin 14-15-də başlayacaq. Oyunlar iki dövrəli sistemlə keçiriləcək. Komandalar “Super Final”a Super Liqada qazandıqları xalların yarısı ilə başlayacaq. Xallar yuvarlaq olarsa (məsələn, 38,5) tamlaşdırılacaq (məsələn, 39). Lakin “Supar Final”ın sonunda iki komandanın xalları bərabər olarsa, xalı tamlaşdırılmış komanda aşağı pillədə olacaq. Super Liqada vurulan qollar “Super Final”da nəzərə alınmayacaq.
 
“Çempionluq qrupu”nda ilk iki pilləni tutan komanda Çempionlar Liqasına, üçüncü yerin sahibi Avropa Liqasına yollanacaq. Avroliqaya ikinci vəsiqənin sahibi isə “Çempionluq qrupu”nun üçüncüsü ilə “Avroliqa qrupu”nun birincisi arasındakı matçda müəyyənləşəcək. Bu oyun mayın 20-də keçiriləcək.
 
Super Final
Çempionluq qrupu
 
I tur
14-15 aprel
Fenerbahçe – Trabzonspor
Beşiktaş – Galatasaray
 
II tur
21-22 aprel
Galatasaray – Fenerbahçe
Trabzonspor – Beşiktaş
 
III tur
28-29 aprel
Galatasaray – Trabzonspor
Fenerbahçe – Beşiktaş
 
IV tur
2-3 may
Trabzonspor – Galatasaray
Beşiktaş – Fenerbahçe
 
V tur
5-6 may
Trabzonspor – Fenerbahçe
Galatasaray – Beşiktaş
 
VI tur
12-13 may
Fenerbahçe – Galatasaray
Beşiktaş – Trabzonspor
 
Galatasaray: 39 xal
Fenerbahçe: 34 xal
Trabzonspor: 28 xal
Beşiktaş: 28 xal
 
Super Final
Avroliqa qrupu
 
I tur
14-15 aprel
İstanbul BB – Eskişehirspor
Sivasspor – Bursaspor
 
II tur
21-22 aprel
Bursaspor – İstanbul BB
Eskişehirspor – Sivasspor
 
III tur
28-29 aprel
İstanbul BB – Sivasspor
Eskişehirspor – Bursaspor
 
IV tur
2-3 may
Bursaspor – Eskişehirspor
Sivasspor – İstanbul BB
 
V tur
5-6 may
Eskişehirspor – İstanbul BB
Bursaspor – Sivasspor
 
VI tur
12-13 may
İstanbul BB – Bursaspor
Sivasspor – Eskişehirspor
 
Eskişehirspor: 25 xal
İstanbul BB: 25 xal
Sivasspor: 25 xal
Bursaspor: 25 xal

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.