9 aprel 2012 16:35
Azərbaycan çempionu üçün Linfild
Futbol üzrə Şimali İrlandiya çempionatının qalibi müəyyənləşib. Azerisport.az xəbər verir ki, son 9 ildə 7-ci dəfə bu titulu “Linfild” qazanıb.
Qeyd edək ki, sözügedən klub tarixində 51-ci dəfə qızıl medalın sahibi olub. “Linfild” buna “Portadaun”u 2:1 hesabı ilə məğlub etməklə nail olub. Ən yaxın izləyicisi üzərində bu qələbə sayəsində rəqibindən xal fərqini 15-ə çatdıran”Linfild” çempionluğu sona 4 tur qalmış özünə təmin edib.
Qeyd edək ki, bununla da Çempionlar Liqasına vəsiqə qazanan “Linfild” yarışda iştirak edəcək Azərbaycan çempionunun potensial rəqibi olub. Lakin mübarizəyə 2-ci təsnifat mərhələsindən başlayacaq təmsilçimizdən fərqli olaraq şimali irlandiyalılar ilk təsnifat mərhələsində də qüvvələrini sınayacaqlar.
