9 aprel 2012 18:48
El Klassikonun vaxtı dəyişdirildi
Futbol üzrə İspaniya çempionatının 35-ci turunda “Barcelona” və “Real” arasında baş tutacaq oyunun vaxtı dəyişdirilib. Azerisport.az xəbər verir ki, öncədən aprelin 22-də nəzərdə tutulan görüş bir gün əvvələ keçirilib.
Beləliklə, bütün dünyanın maraqla gözlədiyi bu qarşılaşma aprelin 21-də “Nou Kamp” stadionunda keçiriləcək. Görüş Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.
Qeyd edək ki, təxirəsalmaya hər iki komandanın “El Klassiko” öncəsi Çempionlar Liqasının yarımfinalındakı oyunları səbəb olub. “Real” aprelin 17-də və 25-də Almaniyanın “Bayern” klubuyla, “Barcelona” isə İngiltərənin “Chelsea” komandası ilə aprelin 18-də və 24-də üz-üzə gələcək.
