9 aprel 2012 19:50
Lideri məğlub edən tapıldı
Bu gün futbol üzrə Azərbaycan birinci divizionunda 25-ci turun oyunlarına yekun vurulub. Azerisport.az xəbər verir ki, son oyun günündə də 3 görüş baş tutub.
“Karvan” “Neftçala” üzərində minimal hesablı qələbəyə sevinib. “Lokomotiv” isə “Şəmkir”lə məhsuldar qarşılaşmanın qalibi olub.
Turun qapanış matçında lider “Qaradağ Lökbatan” səfərdə “Şahdağ”la qarşılaşıb. Bu oyuna kimi bir dəfə də məğlub olmayan çempionatın liderini məhz qusarlılar məğlub ediblər.
Qeyd edək ki, turun digər oyunları ötən gün keçirilib.
Birinci divizion
25-ci tur
9 aprel (bazar ertəsi)
Karvan – Neftçala – 1:0
Qol: Kamal Ələkbərov, 90.
Hakimlər: Ramiz Məhərrəmov, Səbuhi Əmrahov, Ruslan Nəsibov, Ziya Nəsirov
Yevlax. Şəhər stadionu.
Şahdağ – Qaradağ Lökbatan – 1:0
Qol: Zahid Tayıbov, 84.
Hakimlər: Ceyhun Haşımov, Habil Əliyev, Knyaz Əmiraslanov, Qorxmaz Eldarov
Qusar. Şəhər stadionu.
Lokomotiv – Şəmkir – 3:2
Qollar: Vüqar Mustafayev, 24, Adil İbrahimli, 56; 62 - Ruslan Rüstəmov, 33; 39.
Hakimlər: Anar Niyazov, Şakir Quliyev, Aleksandr Musatkin, Elçin Qasımov
“Bakı” FK-nın təlim-məşq bazasının stadionu.
1
22
19
2
1
41-6
59
