9 aprel 2012 20:25
Joze Alesio: Bizim bəxtimiz gətirmədi
Futzal üzrə Azərbaycan yığmasını baş məşqçisi Joze Alesio Rusiya ilə DÇ-yə vəsiqə verən cavab pley-off oyununu şərh edib. Azerisport.az xəbər verir ki, braziliyalı mütəxəssis 2:2 hesablı görüşdən sonra bunları dilə gətirib:
“Fikrimcə, çox maraqlı və bərabər səviyyəli oyun oldu. Sona kimi kimin qələbə qazanacağı bəlli deyildi. Ümid edirdik ki, qələbəni məhz biz qazanacağıq. Amma bəxtimiz gətirməzdi. Komandamdan razıyam, uşaqlara bu oyuna görə təşəkkürümü bildirirəm. Rəqib komandanı isə dünya çempionatına vəsiqə qazanması münasibətilə təbrik edirəm.
İlk oyundan sonra da başa düşürdük ki, beş meydan oyunçusuyla rəqibin 4 oyunçusuna qarşı oynamaq bizim əsas üstünlüklərimizdən biridi. Buna görə elə ilk hissədən belə oynamağa qərar verdik. Kombinasiyalar bizdə alınırdı. Qolları da məhz gözəl kombinasiyalardan sonra vura bildik. Təəssüf ki, onların sayı biz istəyən qədər olmadı. İstədiklərimizə heç də 100 faiz nail ola bilmədik”.