9 aprel 2012 11:17

Neftçi 11-ci dəfə mövsümdə 50-ci qolu vurdu

Bakının “Neftçi” klubu Premyer Liqanın cari mövsümündə 50-ci qolunu vurub. Azerisport.az xəbər verir ki, bu, 27-ci turun “Bakı” ilə ev oyununa təsadüf edib.
 
Matçda hesabı açan Flavinyo “ağ-qaralar”ın bu çempionatdakı yubiley qolunun müəllifi olub. 2011/12 mövsümündə 50 qol səddini aşan ilk komanda olan “Neftçi” Azərbaycan çempionatları tarixində əvvəllər də 50-ni arxada qoyub.
 
Ümumilkdə isə 20 çempionat ərzində 46-cı dəfədir ki, 1 komanda mövsüm ərzində ən azı 50 qol vurur. “Neftçi” artıq 11-ci dəfə 100-ü yarılamaqla bu göstəricidə də hamıdan öndədir. “Neftçi” 1992, 1994/95, 1995/96, 1996/97, 1998/99, 2000/01, 2003/04, 2004/05, 2005/06, 2010/11 və 2011/12 mövsümlərində 50 və ya daha çox qol vurub.
 
“Kəpəz” (1992, 1993/94, 1994/95, 1995/96, 1996/97, 1997/98, 1998/99) və “Qarabağ” (1992, 1993/94, 1995/96, 1996/97, 1998/99, 2003/04, 2004/05) hərəyə 7 dəfə buna nail olub. “Şəmkir”lə (2000/01, 2001/02, 2003/04) “Turan”ın (1992, 1993/94, 2004/05) isə hərəyə 3 belə uğuru var.
 
2 dəfə 50-yə çatan klublardan “Bakı” 2004/05 və 2008/09, “İnter” 2007/08 və 2008/09, “Karvan” 2004/05 və 2005/06, Sumqayıt “Xəzər”i 1992 və 1996/97, “Xəzər Lənkəran” 2004/05 və 2006/07 mövsümlərində məhsuldarlıq göstərib. Cəmi 1 dəfə 50 və daha artıq qol vuranlardan “Azəri”, Bakı “İnşaatçı”sı, “Kürmük” və “Viləş” 1992 , “Xəzri” isə 1996/97-ci il mövsümlərində qol vurmaqda çətinlik yaşamayıb.
 
Azərbaycan çempionatlarında yalnız 2 komanda nəinki 50, hətta 100 və daha artıq qol vurub. 1992 mövsümündə “Neftçi” 104, Sumqayıt “Xəzəri”isə 100 dəfə rəqib qapılarına yol tapıb. (PFL)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.