9 aprel 2012 11:38
Felipe: Rusiyanı məğlub etmək istəyirik
Futzal üzrə Azərbaycan yığmasının oyunçusu Felipe bu gün keçiriləcək Rusiya ilə cavab pley-off oyunu öncəsi azerisport.az saytına müsahibəsində Tailandda baş tutacaq dünya çempionatına vəsiqə qazanmaq şanslarımızı dəyərləndirib.
- İlk oyundan sonra sizin oyununuz bir qədər sual doğurmuşdu...
- Həqiqətən də bu, mənim heç də ən yaxşı oyunlarımdan biri sayıla bilməzdi. Məndə çox şey alınmadı. Belə çıxır ki, tam hazır deyilmişəm. Amma cavab oyununda komandaya daha çox fayda verəcəyimə ümidliyəm. Çünki söhbət dünya çempionatına vəsiqə qazanmaqdan gedir.
- Siz yerli mətbuatı izləyirsizmi? Son zamanlar millinin braziliyalı üzvləri çox tənqid olunurlar...
- Tam olmasa da, yazılanlardan az-çox xəbərim var. Mən buna tam tolerant yanaşıram. Çünki AÇ-2010-da, eləcə də UEFA kubokunda uğurlu çıxışımızdan sonra davamını gətirə bilmirik. Ona görə də qoy tənqid etsinlər (gülür).
- Deməli, tənqidlərlə də tam razısız?
- Əlbəttə ki, yox. Biz də hamı kimi yaxşı nəticələr qazanmaq istəyirik. Bura da onun üçün gəlmişik. Əks halda mən elə 2010-cu ildə Azərbaycan yığmasından gedərdim. Amma məni burda hər şey qane edir. Bu üzdən də daha çox uğur qazanmaq istəyirəm.

- DÇ-2012-yə çıxmaq şanslarımızı siz necə qiymətləndirirsiz?
- Azərbaycan yığması indiyə qədər heç vaxt mundialda çıxış etməyib. Bunu növbəti tsiklə qədər təxirə salmağımızı istəməzdim. Çünki biz DÇ-yə vəsiqənin cəmi bir addımlığındayıq. Komandamız indiyə qədər çox şeyə qadir olduğunu dəfələrlə sübut edib.

- Hesab etmirsiz ki, hazırkı komanda əvvəlkiylə müqayisədə çox zəif təsir bağışlayır?
- Mən deməzdim ki, biz o dərəcədə zəifləmiçik. Yenə də hər şey bizim özümüzdən asılıdı. Toparlanıb bütün gücümüzü ortaya qoya bilərik. Bir oyun üçün bu, elə də ciddi çətinlik sayılmaya bilər. Biz hər gün öz üzərimizdə çalışırıq. Mümkün qədər yaxşı oynamaq istəyirik.
- Cavab oyununa hansı ümidlər bəsləyirsiz?
- Rusiyanı məğlub etmək istəyirik. Bununla bizə olan inamsızlığın əbəs olduğunu da isbatlamaq istərdik. Çünki püşkatmadan bəri heç kim bizim Rusiyanı məğlub edəcəyimizə inanmır. Düzdü, ruslar cütün favoritidilər. İlk oyunda da qələbəni məhz onlar bayram etdilər. Amma ola bilsin ki, bu, elə bizə sərf edir. Çünki rəqibi lazımınca qiymətləndirməmələri onların oyununa mənfi təsir göstərə bilər. Odu ki, Tailanda bileti kimin əldə edəcəyi hələ naməlumdu.