9 aprel 2012 11:56
Kaka: Azərbaycan Rusiyaya əsl müqavimət göstərəcək
Futzal üzrə Azərbaycan yığmasının oyunçusu Kaka dünya çempionatına vəsiqə uğrunda Rusiya millisinə qarşı keçiriləcək cavab pley-off oyunu öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, bu gün keçiriləcək görüş öncəsi bunları dilə gətirib:
“Əgər rəqibimiz bizi asanlıqla məğlub edəcəyini düşünürsə, çox böyük səhvə yol verir. Bizim itiriləsi heç nəyimiz yoxdu. Cavab oyununda Rusiyaya əsl müqavimət göstərəcəyik. İlk oyunun son beş dəqiqəsi də göstərdi ki, biz bu rəqibə qarşı oynaya bilərik. Biz DÇ-yə vəsiqəni Rusiyaya elə-belə verən deyilik”.
