9 aprel 2012 12:12
“Cavab oyunu Bakıdakı matçdan ciddi fərqlənməyəcək”
Futzal üzrə Azərbaycan yığmasının oyunçusu Jadder Dantas dünya çempionatına vəsiqə uğrunda Rusiya millisinə qarşı keçiriləcək cavab pley-off oyunu öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, bu gün keçiriləcək görüş öncəsi bunları dilə gətirib:
“Bizi çətin oyun oyun gözləyir. Cavab oyunumuz Bakıdakı qarşılaşmadan elə də fərqlənməyəcək. Dəyişən yeganə şey ondan ibarət ola bilər ki, səhvlərimizin sayı az olsun. Nə qədər az səhvə yol versək, bir o qədər Rusiyanı məğlub etmək şansımız yüksək olacaq”.
