9 aprel 2012 12:34
“Azərbaycanda çempionatın səviyyəsini qaldırmaq üçün hər şey edilir”
Futzal üzrə Azərbaycan yığmasının baş məşqçisi Joze Alesio da Silva ölkə çempionatı ilə bağlı fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, braziliyalı mütəxəssis rus jurnalistlərə açıqlamasında bunları dilə gətirib:
“Gizlətmirəm: çempionatımızın səviyyəsi biz istədiyimiz kimi deyil. Amma Azərbaycan çempionatı inkişaf edir. Rusiyada 5-6 il öncə futzal çempionatı necə idisə, bizdə də vəziyyət ondan elə də ciddi fərqlənmir. Lakin Azərbaycanda ölkə çempionatının səviyyəsini qaldırmaq üçün hər şey edilir. Fikrimcə, qısa zamanda hər şey daha yaxşı olacaq. Odu ki, bizim əsas uğurlarımız hələ qarşıdadı”.