9 aprel 2012 00:45

Azərbaycan yığması üçün tarixi fürsət

Futzal üzrə dünya çempionatının pley-off mərhələsinin oyunları başa çatmaq üzrədi. Azerisport.az xəbər verir ki, bu il Tailandda keçiriləcək mundiala vəsiqə qazanmağa iddialılar arasında olan Azərbaycan yığması da bu gün sonuncu – həlledici oyununa çıxacaq.
 
Məlum olduğu kimi, Joze Alesio da Silvanın rəhbərlik etdiyi yığmamız mundiala vəsiqə üçün Rusiya ilə mübarizə aparmaq məcburiyyətində qalıb. Evdə və səfərdə keçirilən iki oyunun nəticəsinə görə daha üstün olan komanda DÇ-yə vəsiqəyə sahib çıxacaq. Qitənin ən güclülərindən hesab olunan qonşu ölkə yığmasıyla ilk duel təəssüf ki, komandamız üçün uğursuz başa çatmışdı. Belə ki, Bakıdakı görüşdə ruslar 3:2 hesablı qələbəyə sevinmişdilər.
 
Qeyd edək ki, Rusiya yığmasından fərqli olaraq, Azərbaycan millisi indiyə qədər heç vaxt dünya çempionatında qüvvəsini sınamayıb. Son iki Avropa çempionatında çıxış edən yığmamız artıq mundiala da vəsiqə qazanmaq iddiasındadı. Amma hazırkı komandamızın belə bir tarixi yazmağa nə dərəcədə qadir olduğunu bu gün baş tutacaq həlledici oyun göstərəcək. Hər halda bir şey dəqiqdi ki, ilk oyundakı məğlubiyyətin əvəzini çıxmaq, əsas məqsədə çatmaq çox çətin olacaq.
 
Məsələ burasındadı ki, Rusiya yığması ilk oyunda millimizi məğlub etdiyi kimi, son Avropa çempionatında da finala qədər irəliləmiş, həlledici oyunda isə yalnız İspaniyaya məğlub olmuşdu. Hər halda elə bu, rəqibimizin gücündən xəbər verir. Yığmamız isə son dövrlər heç də istənilən səviyyədə çıxış etmir. Elə son AÇ-də də komandamız turniri elə qrup mərhələsindəcə tərk etməli olmuşdu. Joze Alesionun yetirmələri Portuqaliyaya 1:4, Serbiyaya isə 8:9 hesabıyla yenilmişdilər. Rusiya millisi isə qrup mərhələsində Türkiyəyə 5:0 qalib gəlib, İtaliya ilə 2:2 hesablı heç-heçəyə razılaşmışdı. 1/4 finalda Serbiyaya 2:1, yarımfinalda Xorvatiyaya 4:2 qalib gələn şimal qonşularımız yalnız qızıl medallar uğrunda oyunun əlavə vaxtında ispanlara uduzmuşdular – 1:3.
 
DÇ-2012-nin seçmə qrup mərhələsində də ruslar inamlı çıxış ediblər. Latviya (2:0), Qazaxıstan (4:0) və Macarıstanla (4:2) oyunlarda yüzfaizli nəticə göstərən Rusiya yığması pley-offa qrup lideri kimi yüksəlmişdi. Millimiz isə bu vəzifənin öhdəsindən bir qədər çətinliklə gəlmişdi. Bakıda keçiriən həmin oyunlarda komandamız Xorvatiyaya 1:3 uduzmuş, Makedoniya (7:1) və Ukraynaya (4:2) qalib gələrək, çətinliklə də olsa, ikinci yerlə pley-offa çıxmışdı.
 
Komandamızın zəif çıxışında heyətlə bağlı itkilər də az təsirsiz ötüşmür. Uzun müddəti zədə səbəbindən yığmamıza kömək edə bilməyən Maşado Nilson yenə yoxdu. Onunla yanaşı yenicə zədələnən Andrey Tveryankin də ilk oyunda olduğu kimi, Rusiya ilə cavab oyununda forma geyə bilməyəcək. Bu azmış kimi, bir müddət öncə UEFA millimizin aparıcı oyunçularından Rizvan Fərzəliyevi cəzalandırmaqla komandamıza daha bir ciddi zərbə vurdu. Lakin onların əvəzində meydana çıxmaq şansı qazanacaq oyunçular özlərini sübut etmək üçün əllərindən gələni etməlidilər.
 
Qeyd edək ki, cavab oyunu bu gün – aprelin 9-da, Tümendəki Mərkəzi İdman Kompleksində millimizin keçiriləcək. Bu üzdən də Azərbaycan yığması üçün qələbə qazanmaq ikiqat çətin olacaq. Komandamız növbəti mərhələyə adlamaq üçün ən azı iki qol fərqi ilə üstün olmalıdı.
 
Futzal
DÇ-2012-nin pley-off mərhələsi (cavab oyunu)
9 aprel
 
18:00. RUSİYA - AZƏRBAYCAN
Tümen. “Mərkəzi İdman Kompleksi.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.