10 aprel 2012 13:05
AFFA-dan AZAL-a cəza yağmuru, XL və Neftçiyə cərimə
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Azerisport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Premyer Liqanın 27-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
“Qəbələ” – “Xəzər Lənkəran” matçında “Xəzər Lənkəran”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.
“Rəvan” – “Simurq” matçında “Simurq”un 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.
“Neftçi” – “Bakı” matçının 70-ci dəqiqəsində “Neftçi”nin azarkeşləri tərəfindən pirotexniki vasitələr istifadə olunduğu üçün klub 1000 manat cərimə olunub.
AZAL – “Sumqayıt” matçının 55-ci dəqiqəsində AZAL-ın futbolçusu Viktor İbekoyi hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyunluq cəzalanıb, klubu 4000 manat cərimə olunub. Oyunun 74-cü dəqiqəsində “Sumqayıt”ın futbolçusu Tərlan Quliyev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 200 manat cərimə olunub. Matçın 79-cu dəqiqəsində AZAL-ın futbolçusu Aqil Nəbiyev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 200 manat cərimə olunub.
