10 aprel 2012 13:28
Futbolçular bir-birini vurub, 4 oyunluq cəzalandılar
Xəbər verdiyimiz kimi, bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Azerisport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Premyer Liqada çıxış edən klubların əvəzedici komandaları arasında keçirilən ölkə çempionatının 27-ci turunun, eləcə də birindi divizionun 25-ci turunun oyunları ilə də bağlı qərarlar qəbul edilib.
Premyer Liqada çıxış edən klubların əvəzedici heyətlərinin 27-ci turunun “Rəvan” – “Turan” matçının 37-ci dəqiqəsində “Rəvan”ın futbolçusu Babək Nəbiyevlə “Turan”ın üzvü Məhərrəm Müslümzadə aqressiv hərəkətə görə (bir-birinə zərbə) birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldıqları üçün hər iki oyunçu 4 oyunluq cəzalanıb, klubları 4000 manat cərimə olunub.
Azərbaycan birinci divizionunun 25-ci turunun “Muğan” – MOİK matçında “Muğan”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub.
“Şuşa” – “Energetik” matçında “Energetik”in 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub.
“Karvan” – “Neftçala” matçında “Neftçala”nın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub.
“Lokomotiv” – “Şəmkir” matçında “Lokomotiv”in 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub.
