10 aprel 2012 13:43

“Artıq tilsimi qırmaq zamanıdı”

“İnter” mübarizəyə üstünlük verən futbol nümayiş etdirir. Müəyyən bir sistemləri var, ondan kənara çıxmırlar. Biz qol vurduqdan sonra daha yaxşı oynamağa başladıq. Əfran və Raufla qola yaxın olduq. Hər şeyin bitdiyi anda “İnter” hesabı bərabərləşdirdi. Təbii ki, belə çətin oyunda qələbə qazanmaq istəyirdik. Üstəlik, belə məqamda 3 xalı vermək heç yaxşı olmadı. Amma qarşıda 5 oyun var. Üstəlik, kubokun da yarıfinalındayıq. Sona qədər mübarizə aparacağıq”. Azerisport.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın futbolçusu Maksim Medvedev deyib.
 
Maksim adətən “Qarabağ”ın künc zərbələri zamanı müdafiə mövqeyində qərarlaşır. Maraqlıdı ki, müdafiəçinin belə standardlar zamanı rəqib qapısına getməsi effekti olur. O, “Qəbələ”ylə oyunda hücuma qoşulan 5 nömrə komandasına penalti qazandırmışdı: “Adətən, künc zərbələri zamanı Qurban müəllim məni arxada saxlayır. Rəqibin mümkün olacaq sürətli hücumlarına görə. Bu oyunda Əfranla Rauf start heyətində olmadığına görə baş məşqçimiz matçdan öncə standard vəziyyətlərdə irəli getməyi tapşırmışdı. Qol vurmağımda Admir Telinin sona qədər mübarizə aparmağının da rolu oldu. Hə, düzdü, “Qəbələ”ylə oyun da standard vəziyyətdən penalti qazandırmışdım. Amma harda daha effektli olmağıma baş məşqçi qərar verir. Yaxşı mövqe seçməyimi mənim deməyim düzgün olmaz”.
 
“Qarabağ” çempionatda ən az qol buraxan 2 komandadan biri olmaqla yanaşı, müdafiəçilər də məhsuldarlığı ilə seçilir. İndiyə kimi, Rəşad Sadıqovla Maksim 2, Aqolli və Teli hərəyə bir dəfə fərqləniblər. Deyəsən, müdafiəçilərin faydalı iş əmsalının daha faydalı olduğu önə çıxır: “Deməzdim ki, hücumçularımız zəifdi. Sadəcə, biz 4-müz və öndə oynayan Namiqlə uzun müddətdi birlikdə çıxış edirik. Bu da bizim işimizə yaxşı mənada təsir göstərir. Yaxşı anlaşmamız qapımızı toxunulmaz  saxlamağa kömək edir”.
 
Maksim “Qəbələ” ilə oyun barəsində nikbindi: “Cari mövsüm artıq 6-cı dəfədi “Qəbələ” ilə qarşılaşacağıq. Amma hələ ki, qələbəmiz yoxdu. Məncə, artıq tilsimi qırmaq zamanıdı. Düzdü, qəbələlilərin hücum xətti olduqca güclüdü. Barton, Mendi, Dodo, Kamanan hər birinin güclü tərəfləri var. Üstəlik, bu “Qəbələ” üçün avrokubok yolunda son şans olduğuna görə oyuna yüksək mötivasiya ilə çıxacaqlar. Amma biz də eyni məqsəd üçün ora yollanacağıq”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.