10 aprel 2012 14:22
Azərbaycan millisi FİFA reytinqində 6 pillə irəliləyəcək
Futbol üzrə Azərbaycan yığma komandası FİFA reytinqində 6 pillə irəliləyəcək. Azerisport.az xəbər verir ki, dünya futbol qurumu öz reytinqi cədvəlini aprelin 11-də açıqlamalı olsa da, həmin siyahı artıq indidən məlumdu.
Cədvəldə birinci yerdə əvvəlki kimi İspaniya yığma komandası qərarlaşıb – 1442 xal. Almaniya 1345, Uruqvay 1309 xalla ilk “üçlüy”ü qapayır.
Azərbaycan yığması isə 305 xalla 110-cu olacaq. Mart reytinqində 285 xalla 116-cı olan Berti Foqtsun yetirmələri bu dəfə 20 xal və 6 pilləlik sıçrayışa sevinəcək.
