10 aprel 2012 14:38
Çempionatımızda yenə lipa tapıldı
AFFA-nın keçirdiyi çempionatlarda “lipa” aşkarlanıb. Azerisport.az xəbər verir ki, İntizam Komitəsi buna görə klubları cəzalandırıb.
Belə ki, U-11 liqasının “Turan” – UGİM (Tovuz) oyununda UGİM-in heyətində Qurban Qasımov adlı futbolçunun sənədlərinin saxta olduğu aşkar edilib. Bu səbəbdən adıçəkilən futbolçunun iştirak etdiyi bütün görüşlərdə kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.
Həvəskarlar arasında ölkə birinciliyinin “Tərəqqi” – “Qaraçala” matçında “Qaraçala”nın heyətində peşəkar futbolçunun iştirak etdiyi aşkar edilib. Araşdırmalardan sonra məlum olub ki, Ramil Həsənov I divizionda çıxış edən “Bakılı”nın klubunun üzvüdü və həmin klubla peşəkar müqaviləsi mövcuddu. “Qaraçala”ya bu səbəbdən 0:3 hesablı texniki məğlubiyyət verilib.
