10 aprel 2012 14:51
Yığmamızın forvardı Villareala qol vurdu
Futbol üzrə Azərbaycan yığmasının hücumçusu Rizvan Umarov gənclər arasında İspaniya çempionatında fərqlənib. Azerisport.az xəbər verir ki, millimizin üzvü şərəfini qoruduğu “Elche” klubunun gənclərdən ibarət komandasının qələbəsində pay sahibi olub.
Umarov yeni komandasındakı ilk qolunu “Villareal”a vurub. Görüş Rizvanın komandasının qələbəsiylə başa çatıb – 3:1.
