10 aprel 2012 15:50
Yığmamızın rəqibi Gürcüstanla qarşılaşacaq
DÇ-2014-ün seçmə mərhələsində millimizlə eyni qrupda mübarizə aparacaq Lüksemburq yığmasının daha bir yoldaşlıq oyunu keçirəcəyi müəyyənləşib. Azerisport.az xəbər verir ki, Lüksemburq millisi avqustun 15-də Lüksemburq şəhərindəki Cozi Bartel stadionunda Gürcüstan yığması ilə qarşılaşacaq.
Xatırladaq ki, lüksemburqlu futbolçuların iyunun 2-də Malta, noyabrın 14-də isə Şotlandiya yığması ilə Cozi Bartel stadionunda yoldaşlıq oyunu keçirəcəyini xəbər vermişdik.
