10 aprel 2012 16:16

Toni Adams yenidən Qəbələdə

“Qəbələ” Futbol Klubu komandanın sabiq baş məşqçisi Toni Adamsla işbirliyini davam etdirəcək. Azerisport.az xəbər verir ki, İngiltərə “Arsenal”ının əfsanəsi “Qəbələ” Futbol Klubunun prezidenti Tale Heydərovun müşaviri vəzifəsini yerinə yetirəcək.
 
Toni Adams yeni təyinatdan sonra klubun rəsmi saytına açıqlama verib: "Qəbələ" Futbol Klubundakı yeni vəzifəmə görə çox şadam. Klubun Prezidenti cənab Tale Heydərovla belə bir razılığa gəldik ki, mənim futbol biliyimi və klubun inkişafının hazırkı mərhələsini nəzərə alaraq, fəaliyyətim meydançadan kənarda daha çox faydalı ola bilər. Prezidentin müşaviri kimi mən klubdakı vəzifələrimi uğurla yerinə yetirməyə çalışacağam və “Qəbələ” Futbol Klubunun sadəcə Azərbaycanda deyil, Avropada da sayılıb-seçilən, qabaqcıl, bir sözlə peşəkar kluba çevrilməyində köməkliyimi əsirgəməyəcəm. Mənə bu cür etimad göstərdiyinə və klubdakı məqsədlərimin reallaşması üçün şərait yaratdığına görə klubun Prezidentinə minnətdaram”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.