10 aprel 2012 16:56
“Tümendə Azərbaycan millisindən belə oyun gözləmirdik”
Futzal üzrə Rusiya yığmasının oyunçusu Nikolay Pereverzev ötən gün dünya çempionatına vəsiqə uğrunda Azərbaycana qarşı keçirdikləri cavab pley-off oyunundan danışıb. Azerisport.az xəbər verir ki, o, 2:2 hesablı heç-heçə ilə başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Qol vəziyyəti yaratdıq, mən də bundan istifadə etdim. Azərbaycan güclü oyun sərgilədi. Bu komandanın Avropanın heç də zəiflərindən olmadığını biz hələ Bakıdakı oyunda da hiss etmişdik. Amma yenə də bizdə rəqibi düzgün qiymətləndirməməyin cizgiləri hiss olunurdu. Düşünmürdük ki, Tümendə belə çətinliklə üzləşərik. Bilirdik ki, Azərbaycan oyunun bəzi anlarında beşli oyun sisteminə keçəcək. Buna hazır idik. Lakin yenə də rəqibi saxlamaq asan başa gəlmirdi”.