10 aprel 2012 17:14
Yığma komandanın yeni baş məşqçisi müəyyənləşdi
Futbol üzrə Qana yığma komandasının yeni baş məşqçisi müəyyənləşib. Azerisport.az xəbər verir ki, bundan sonra sözügedən ölkə millisini Ceyms Appya çalışdıracaq.
O, bu postda Qoran Stefanoviçi əvəzləyib. Qeyd edək ki, serbiyalı mütəxəssis ötən ay postundan uzaqlaşdırılmışdı.
Geridə qalan müddətdə yeni baş məşqçi axtarışlarını davam etdirən Qana Futbol Federasiyası nəhayət seçimini Appya üzərində edib. Qeyd edək ki, bu mütəxəssis elə Stefanoviçin dövründə köməkçi-məşqçi funksiyasını yerinə yetirirdi. Onunla yaxın günlərdə rəsmi müqavilə imzalanacaq.
