10 aprel 2012 17:45

“Qaradağ Abşeronun aqibətini yaşamamalıdı”

Futbol üzrə Azərbaycan birinci divizionunda çempionluğunu vaxtından öncə təmin edən “Qaradağ Lökbatan”ın baş məşqçisi Adil Mahmudov bu münasibətlə azerisport.az saytının suallarını cavablandırıb.
 
- Birinci divizionun çempionu adını qazanmağınız münasibətilə sizi təbrik edirik...
- Sağ olun. Düzü, son oyunumuz o qədər gərgin alındı ki, hələ də özümüzə gəlməmişik. Təsəvvür edin ki, oyunun başlamasına cəmi bir saat qaldığı halda, hələ harda oynayacağımızı bilmirdik. Məşq zamanı qazona vertolyot endi. Bu üzdən oyun fərqli məkanda baş tutdu. Bütün bunlar təbii ki, oyunumuza təsirsiz ötüşmədi. Biz “Şahdağ”a uduzmamalıydıq. Həm də güman ki, futbolçular “Karvan”ın “Neftçala”ya uduzduğunu eşidib, arxayınlaşmışdılar.
 
- Artıq “Qaradağ Lökbatan”ın Premyer Liqada çıxış edəcəyi dəqiqləşib. Sizcə, elitada da layiqli mübarizə aparmaq üçün nə lazımdı?
- Premyer Liqa tamamilə fərqli səviyyədi. Mümkündü ki, komandaya yeni futbolçular cəlb olunsun. Hansı ki, yüksək dəstədə çıxış etmək təcrübəsinə malikdilər. Amma komandanın özəyi saxlanılacaq. Oyunçularımın əksəriyyətindən razıyam. Lakin təbii ki, bu futbolçularla çıxıb elita klublarına qarşı oynamaq çox çətindi.
 
- Maliyyə cəhətdən “Xəzər Lənkəran”, “Bakı” kimi klublarla rəqabət aparmağa hazırsız?
- Mən rəhbərliyə təşəkkürümü bildirirəm. Onlar bizim üçün hər cür şərait yaradıblar, bizə inanırlar, dəstəkləyirlər. Amma sizin sualınıza cavab verə bilmərəm. Çünki hər şeyə sponsorlar, klub rəhbərliyi qərar verir.
 
- Siz komandanı çempionata hazırlaya bilərsiz
- Hesab edirəm ki, mümkünsüz heç nə yoxdu. “Qaradağ Lökbatan” Premyer Liqada çıxış edə bilər. Bizim debütant olmağımız autsayder olacağımızdan xəbər vermir. Komanda layiqli mübarizə aparmağa çalışacaq. Bizim sona beş tur qalmış çempion olmağımız da çox şeydən xəbər verir. Sadəcə, bizə bir qədər güclənmək lazımdı.

- Ötən mövsüm “Abşeron” da oxşar şəkildə çempion oldu, hətta mövsümü məğlubiyyətsiz bitirdi, amma Premyer Liqada çıxışı baş tutmadı...
- Onu heç yada salmaq da istəmirəm. Belə hal təkrarlanmamalıdı.
 
- Sizcə, komanda Premyer Liqada neçənci yerlər uğrunda mübarizə apara bilər?
- Siz bizim “Xəzər Lənkəran”la kubok oyunumuza baxmışdınız? Onda bizim sadəcə bəxtimiz gətirmədi. Həm də oyununu taleyini həll edə biləcək hücumçuya ehtiyacımız var idi. İkinci altılıqda problemsiz oynaya bilərik. Amma əslində hər şeyin necə olacağını zaman göstərəcək.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.