10 aprel 2012 18:22

“Əsas məqsədimiz çempion olmaq deyil”

“Qəbələ”nin əvəzedici komandasının baş məşqçisi Daril Villard müsahibəsində komandasının cari mövsümdəki çıxışı və qarşılarında duran əsas məqsədlərindən danışıb. Azerisport.az həmin müsahibəni təqdim edir.
 
- Son turda AZAL ilə oyun barədə fikirlərinizi öyrənmək istərdik.
- Azərbaycanda olduğum müddət ərzində əvəzedici komandalar arasında keçirilən ən yaxşı oyunu izlədik. AZAL-a qarşı əsas heyətdə Azərbaycanın U-17 milli komandasının beş və U-16 milli komandasının bir futbolçusunu meydana buraxmışdıq. Futbolçularım 5:0 hesabıyla qələbə qazandılar. Bu, ölkədə ən gənc əvəzedici komandadı.
 
- Növbəti turda səfərdə çempionatının lideri “Neftçi”nin qonağı olacaqsınız. Bu oyun haqqında nə deyə bilərsiniz?
- “Neftçi” çox güclü komandadı. Komandanın baş məşqçisi çox yaxşı işlər görüb. Eyni zamanda “Neftçi”də bir neçə istedadlı gənc oyunçu var. Mən bu oyunu digər oyunlardan fərqləndirmək istəməzdim. Mənim işim oyunlarda qələbə qazanmaq deyil, gənc futbolçuların inkişaf etdirilməsidi.
 
- Sizcə, “Neftçi” ilə oyunda çempionluğun taleyi həll olunacaqmı?
- Fikrimcə, bu, iki güclü komandanın qarşılaşması olacaq. Hər iki klubun heyətində gənc və istedadlı futbolçular var. Komandalar başa-baş mübarizə aparacaqlar. Son turda olduğu kimi maraqlı qarşılaşma olacağını gözləyirəm. “Neftçi” qalib gəlsə, onlar çempionatın qalibi olacaqlar. Ancaq mənim əsas məqsədim çempion olmaq deyil, Azərbaycanda gənc, texnikalı, istedadlı futbolçu nəsli yetişdirməkdi.
 
- Artıq çempionatın başa çatmasına az qalıb. Komandanızın göstərdiyi oyundan razısınızmı?
- Bəzi futbolçuların tez bir zamanda inkişaf etməsi məni yaxşı mənada təəccübləndirir. Bu, uşaqların məqşlərə düzgün yanaşmasından və mənim oyun fəlsəfəmi düzgün dərk etməsindən irəli gəlir. Qış fasiləsindən sonra keçirdiyimiz 9 oyundan 8-də qalib gəlmişik. Futbolçular müxtəlif mövqelərdə oynamağı öyrənirlər və hazırda bir-birini çox yaxşı başa düşürlər. Köməkçi məşqçilərimin də bu işdə böyük rolu var. Onlar mənim nə istədiyimi futbolçulara düzgün başa salırlar.
 
- Hansı futbolçunuzun oyunu sizi daha çox qane edir?
- Son 12 oyunda müxtəlif vaxtlarda 7 futbolçu Azərbaycanın U-19 və 1 futbolçu U-21 millisinə çağırılıb. Heç bir futbolçunu ayrılıqda fərqləndirmək istəməzdim. Fikrimcə, hazırda 4-5 futbolçumuz var ki, 2012-2013-cü il mövsümündən əsas komandada çıxış edə bilərlər. Uşaq futboluna olan böyük diqqət artıq öz bəhrəsini verməkdədi.
 
- “Qəbələ” mövsüm ərzində qapısından ən az top buraxan komandadı. Amma vurduğu qolların sayına görə bəzi komandalardan geri qalır. Buna əsasən demək olarmı ki, “Qəbələ”nin müdafiə xətti güclü olsa da, hücum xəttində müəyyən çatışmazlıqlar var?
- Qol vurma və ya az qol buraxma statistikaları yaxşı haldı. Bu, komandanın məhsuludu. Müdafiəmizi hücumdan qururuq. Ona görə də az top buraxırıqsa, deməli hücumçularımızın da bunda böyük payı var. Hücumçular işlərini görməsələr, onda yarımmüdafiə və müdafiəçilərə daha çox güc düşər və təzyiq altında qalarlar. Mövsümün ilk yarısında futbolçularımıza müxtəlif mövqelərdə oynamağı öyrədirdik. İndi onlardan nə istədiyimizi çox yaxşı başa düşürlər. Son 9 oyunda 20 top vurub, qapımızdan cəmi 4 top buraxmışıq. Komanda şəklində qalib gəlir və ya məğlub oluruq.  (PFL)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.