10 aprel 2012 11:19
“Sanki AÇ-nin gümüş mükafatçısı Rusiya yox, Azərbaycan idi”
Futzal üzrə Azərbaycan yığmasının oyunçusu Rəcəb Fərəczadə ötən gün dünya çempionatına vəsiqə uğrunda Rusiyaya qarşı keçirilən cavab pley-off matçından (2:2) sonra azerisport.az saytının suallarını cavablandırıb.
- Qarşılaşma ilə bağlı nə deyərdiniz?
- Mən hələ oyundan öncə də demişdim ki, rəqibimizə çətin olacaq. Biz bura gəzintiyə gəlməmişdik. Oyunumuz da buna ən bariz nümunə idi. Çox yaxşı oynadıq. Oyunun gedişində hətta rəqib özü də təlaşa düşmüşdü. Əgər biz bu oyunu sonuncu Avropa çempionatında da göstərə bilsəydik, yarımfinala qədər irəliləyə bilərdik.

- Bəs onda niyə oyundan sonra sevinən tərəf biz yox, Rusiya oldu?
- Ona görə ki, bəxtimiz gətirmədi. Nə qədər qol epizodunu qola çevirə bilmədik. Bu oyunda bizdə uğurdan başqa hər şey var idi.

- İlk oyunda da belə futzal sərgiləmək olmazdımı?
- Gəlin unutmayaq ki, biz Avropanın ikinci komandasına qarşı oynayırdıq. Özü də ilk oyunda hər şeyin o qədər də pis alındığını deməzdim. 2:3 pis nəticə deyil. Siz bilirsiz ki, Rusiya çempionatı ilə bizim çempionat arasında necə uçurum var? Bütün bunları nəzərə alsaq, hər şeyin qanunauyğun olduğunu düşünürəm. Oyundan öncə toplantımız olmuşdu. Hamımız əmin idik ki, Rusiyaya layiqli müqavimət göstərib, onları mübarizədən kənarlaşdıracağıq. Oyundan öncə baş məşqçimiz bizə bu matçla heç bir əlaqəsi olmayan videorolik göstərmişdi. Ona baxdıqdan sonra biz daha da ürəklənmişdik.

- Sizi belə ürəkləndirən nə idi ki?
- Orda əlsiz və ayaqsız olan bir gəncdən söhbət gedirdi. Lakin o, bütün bu çətinliklərə rəğmən çox şeyə nail olur. Joze Alesio bizi onlarla müqayisə etmirdi. Sadəcə, başa salmaq istəyirdi ki, biz də çox şeyə nail ola bilərik. Axı bizdə ayaq da var, əl də var. Biz qələbəyə çox yaxın idik.

- Deməli, mundiala məhz biz getməliydik?
- Cavab görüşündəki oyunla əlbəttə, biz də Tailanda getməyə layiq idik. Oyun elə təsir bağışlayırdı ki, biz AÇ-nin gümüş mükafatçısı, rəqib isə qrup mərhələsini keçə bilməyən bir komandadı. Baxmayaraq ki, hətta onların iki aparıcı oyunçusu sıraya dönmüşdü.

- Azarkeşlərimizin dəstəyi ilə bağlı nə deyərdiniz?
- Oyundan sonra biz onlara təşəkkürümüzü bildirdik. Mən hətta oyunun topunu hakimdən alıb, fanatlarımızdan birinə hədiyyə etdim. Oyundan sonra azarkeşlərlə şəkil də çəkdirdik. Düzü, hələ indiyə qədər ölkə xaricində belə birlik, toplaşma görməmişdim. Bizə qarşı azarkeşlər tərəfindən diqqət ən üst səviyyədə idi. Bunun başqa ölkədə baş verməsi təbii ki, çox xoşdu.