10 aprel 2012 11:44
Xəzər Lənkəran Rahid Əmirquliyevsiz qaldı
“Xəzər Lənkəran” kapitanı Rahid Əmirquliyevin xidmətindən məhrum olub. Azerisport.az xəbər verir ki, buna sözügedən futbolçunun vərəqə limitini doldurması səbəb olub.
Belə ki, yarımmüdafiəçi Premyer Liqanın 27-ci turunun “Qəbələ” ilə oyununda aldığı sarı vərəqə ilə diskvalifikasiya həddinə çatıb. Bu üzdən də Rahid növbəti turda komandasına kömək edə bilməyəcək.
Qeyd edək ki, “Xəzər Lənkəran” Premyer Liqanın 28-ci turunda səfərdə “Bakı” ilə üz-üzə gələcək.
