10 aprel 2012 00:07
“Oyuna Azərbaycan yığması diqtə edirdi”
Futzal üzrə dünya çempionatının pley-off mərhələsinin cavab oyunları çərçivəsində keçirilmiş Rusiya – Azərbaycan oyunundan sonra rəqib komandanın baş məşqçisi Sergey Skoroviç fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, komandasının 2:2 hesablı heç-heçə sayəsində mundiala vəsiqə qazandığı görüşdən sonra bunları dilə gətirib:
“Azərbaycan yığması çox güclü rəqib olduğundan, bizi çətin sınaq gözləyirdi. İlk oyunda qalib gəlməyimizə baxmayaraq, cavab matçının belə gərgin mübarizədə keçəcəyini bilirdik. Onu da başa düşürdük ki, rəqib qalib gəlməli olduğundan, daha çox say üstünlüyündə oynayacaq. Biz bu zaman rəqibi həmişə saxlaya bilmədiyimizdən, ani diqqətsizlik topun qapımızdan keçməsi ilə nəticələnirdi. Azərbaycan yığması vaxtaşırı oyuna diqtə edirdi, müəyyən vaxtda isə biz yaxşı təsir bağışlayırdıq”.