10 aprel 2012 12:27
Simurqda biri qayıtdı, üçü getdi
“Rəvan”la oyundan sonra “Simurq”un baş məşqçisi Georgi Çıxradze komanyada bir günlük istirahət verib. Azerisport.az xəbər verir ki, dünən istirahət edən futbolçular bu gün Zaqatalada toplaşaraq “Turan”la oyuna hazırlıqlara başlayacaq.
27-ci turda zədələnərək meydanı tərk etməyə məcbur olan İlkin Qırtımov artıq özünü yaxşı hiss edir və bu gündən məşqlərə qatılacaq.
Qeyd edək ki, 28-ci tur çərçivəsində aprelin 15-də “Turan”ın qonağı olacaq “Simurq”da kapitan Rasim Ramaldanov və Emin Cəfərquliyev cəzalı olduqlarından, Andrey Rubin isə zədəsini hələ də sağalda bilmədiyindən bu qarşılaşmada forma geyinə bilməyəcək.
