10 aprel 2012 00:38
Kaka: Bu, daha çox yorğunluğun nəticəsi idi
Futzal üzrə Azərbaycan yığmasının oyunçusu Kaka ötən gün dünya çempionatına vəsiqə uğrunda Rusiyaya qarşı keçirilən cavab pley-off matçından (2:2) sonra azerisport.az saytının suallarını cavablandırıb.
- Oyun barədə nə deyə bilərsiz?
- Çox gərgin oyun alınd. Bizim meydanda bir çox istəklərimiz baş tutdu. Az qala hədəfimizə çatacaqdıq. Bizə üçüncü qolu vurmaq üçün azacıq vaxt çatışmadı. Amma eybi yoxdu. Biz kiminlə oynadığımızı bilirdik. Fikrimcə, belə rəqibə qarşı çox layiqli oyun sərgilədik.

- Bəs daha bir qol vurmağımıza nə mane oldu?
- Mən deməzdim ki, komandada bunun üçün nəsə çatışmırdı. Sadəcə, matçın sonlarında yaratdığımız qol epizodlarını dəqiq tamamlamaq lazım idi. Hansı ki, bunun üçün xeyli imkanlarımız da var idi. Ola bilsin ki, onları qaçırmağımız oyunun gərginliyindən və yorğunluqdan irəli gəlirdi.

- Bəlkə ustalıq səviyyəsi çatışmadı?
- Xeyr. Burda söhbət nə ustalıqdan, nə də bəxtsizlikdən gedir. Hesab edirəm ki, bu, daha çox yorğunluğun nəticəsi idi. Belə olanda artıq ayaqlar da sözə baxmır. Hətta boş qapıya da düşə bilmirsən. Axı biz sonuncu Avropa çempionatının gümüş mükafatçısına qarşı oynayırdıq və onları demək olar ki, oyunun böyük hissəsində qapısına doğru sıxışdırmışdıq.

- Komanda yoldaşlarınızın çoxu DÇ-yə vəsiqə qazana bilmədiklərinə görə ağlayırdı. Amma siz bir qədər təmkinli görünürdünüz və hətta rəqib həmkarlarınızı təbrik etməyi də unutmurdunuz...
- Komanda yoldaşlarımı kimi, mənim üçün də üzücü idi. Axı qələbəyə layiq idik.
- Deməli, sizcə DÇ-2012-yə Rusiya yox, Azərbaycan getməli idi?
- Əgər düzünü söyləmək lazım gəlsə, mundiala getməyə onlar layiq idilər. İki oyunun nəticəsinə görə, istənilən halda onlar güclü oldular. Amma biz də sensasiya edə bilərdik. Axı bu bir oyundu və həmişə güclülər qazanmaya da bilir.

- Onda belə çıxır ki, biz DÇ-yə yollansadıq, bu, ədalətli olmayacaqdı?
- Bəzi anlarına görə biz də ruslarla görüşlərdə daha üstün oyun sərgiləyirdik və əgər DÇ-yə vəsiqə qazansaydıq, buna tam layiq olacaqdıq. Özü də əminəm ki, mundiala çıxsaydıq, orda da layiqli çıxış edərdik.