11 aprel 2012 13:30
28-ci tura Bakı və XL start verəcək
Futbol üzrə Azərbaycan Premyer Liqasında 28-ci turun oyun cədvəli açıqlanıb. Azerisport.az növbəti turun proqramı ilə sizi də tanış edir.
Qeyd edək ki, 28-ci turun oyunları iki günə keçiriləcək. Birinci altılıq çərçivəsində "Neftçi" - "İnter", "Bakı" - "Xəzər Lənkəran" və "Qəbələ" - "Qarabağ" oyunları məhz ilk oyun günündə baş tutacaq. İkinci altılığın bir oyunu şənbə, qalan ikisi isə bazar gününə təsadüf edəcək.
Premyer Liqa
28-ci tur
14 aprel (şənbə)
Bakı - Xəzər Lənkəran
"Bakı" FK-nın təlim-məşq bazasının stadionu. Saat 15:00.
Qəbələ - Qarabağ
Qəbələ. Şəhər stadionu. Saat 16:00.
AZAL - Rəvan
Bakı. AZAL Arena. Saat 16:00.
Neftçi - İnter
İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu. Saat 17:30.
15 aprel (bazar)
Turan - Simurq
Tovuz. Şəhər stadionu. Saat 16:00.
Sumqayıt - Kəpəz
Sumqayıt. Mehdi Hüseynzadə adına şəhər stadionu. Saat 16:00.
