11 aprel 2012 13:57
Birinci divizion: 26-cı turun proqramı açıqlandı
Futbol üzrə Azərbaycan birinci divizionunda 26-cı turun oyun cədvəli açıqlanıb. Azerisport.az növbəti turun proqramı ilə sizi də tanış edir.
26-cı turun oyunları iki günə keçiriləcək. Görüşlərdən üçü şənbə gününə təsadüf edəcək. Qalan üç oyun isə bazar günü baş tutacaq.
Qeyd edək ki, turun bütün oyunlar eyni saatda (16:00-da) başlayacaq.
Birinci divizion
26-cı tur
14 aprel (şənbə)
MOİK - Tərəqqi
Bakı. "Şəfa" stadionu, 4-cü meydança.
Şəmkir - Muğan
Şəmkir Olimpiya İdman Kompleksinin stadionu.
Qaradağ Lökbatan - Lokomotiv
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu.
15 aprel (bazar)
Bakılı - Şuşa
Bakı. "Şəfa" stadionu, 4-cü meydança.
Energetik - Şahdağ
Mingəçevir. Yaşar Məmmədzadə adına şəhər stadionu.
MKT-Araz - Karvan
İmişli. Heydər Əliyev adına şəhər stadionu
