12 aprel 2012 02:48
Fransa Kuboku: Hər iki finalçı bəlli oldu (YENİLƏNİB)
Futbol üzrə Fransa Kubokunda yarımfinal mərhələsinin oyunları keçirilib. Azerisport.az xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutub.
Aşağı liqa təmsilçisi “GFCO Ajaccio” klubu Lionun “Olympique” komandası ilə qarşılaşıb. Daha güclü olan “Olympique” finala ilk vəsiqənin sahibinə çevrilib.
İkinci oyun günündə isə daha bir aşağı liqa təmsilçisi “Quevilly” ilə Liqa 1-də çıxış edən “Rennes” üz-üzə gəlib. Bu görüşdə də aşağı divizion klubu sevinən tərəf olub. Nəticədə finala məhz "Quevilly" çıxıb.
Fransa kuboku
Yarımfinal
10 aprel
GFCO Ajaccio – Olympique (Lion) – 0:4
Qollar: Lakazette, 59, L.Lopes, 73, Qrenyer, 80, Qomis, 90.
11 aprel
Quevilly - Rennes - 2:1
Qollar: Herouat, 64, Laup, 90 - Feret, 6.
