11 aprel 2012 14:19
Araz Abdullayev sıraya dönür
Futbol üzrə Azərbaycanın gənclərdən ibarət yığmasının, eləcə də Yunanıstanın “Panionios” klubunun yarımmüdafiəçisi Araz Abdullayev sıraya dönür. Azerisport.az xəbər verir ki, onun bu gündən etibarən komandası ilə hazırlıqlara start verəcəyi bildirilir.
Qeyd edək ki, Araz son dövrlər zədədən əziyyət çəkirdi. Eyni zamanda soyuqdəyməsi də olan futbolçumuzun artıq tam sağaldığı xəbər verilir. Son turun “Panatinaikos”la oyununda da forma geyə bilməyən Abdullayevin növbəti oyunda iştirakı da sual altındadı.
