11 aprel 2012 14:33
Barcelonalı futbolçunun qaraciyəri dəyişdirildi
İspaniyanın “Barcelona” klununun ulduz futbolçusu Erik Abidal gözlənilən cərrahiyyə əməliyyatını keçirib. Azerisport.az xəbər verir ki, 32 yaşlı fransız oyunçunun qara ciyəri dəyişdirilib.
Barselona Klinikasında aparılan əməliyyat təxminən 9 saat davam edib. Abidala qohumu Cerardın qara ciyərindən bir parça köçürülüb.
Fransız ulduzun nə vaxta qədər sağalacağı açıqlanmasa da, onun 8 iyunda başlayacaq Avropa çempionatından kənarda qalacağı bildirilir. “Barcelona”lılar Abidalı əməliyyat zamanı yalnız buraxmayıblar. Xəstəxanaya baş çəkən baş məşqçi Pep Qvardiola çox güclü insan olan Abidalin ən qısa zamanda sağalacağına və ayağa qalxacağına inandığını bildirib.
