11 aprel 2012 14:58
Qarabağ Dalğa Arenaya köçdü
“Qarabağ” “Qəbələ” ilə səfər oyununun hazırlıqlarını davam etdirir. Azerisport.az xəbər verir ki, Premyer Liqanın final mərhələsinin 6-cı turunda “Qəbələ”nin qonağı olacaq komanda günün tək məşqinə 18:00-da çıxacaq.
Ağdamlılıarn yeganə məşqi Mərdəkandakı “Dalğa Arena”da baş tutacaq. Komandanın baş məşqçisi Qurban Qurbanov PRO kateqoriyalı məşqçi kurslarına qatılsa da, çalışmalarda iştirak edir.
Komanda sabah da Bakıda məşq edəcək. Aprelin 13-də isə Qəbələyə yollanacaq.
Xatırladaq ki, “Qəbələ” – “Qarabağ” oyunu aprelin 14-də, saat 16:00-da keçiriləcək.
