11 aprel 2012 15:35
Yaz turnirinə sabah yekun vurulacaq
AFFA və Əlilər Futbolu Federasiyasının birgə təşkilatçılığı ilə Azərbaycan Texniki Universitetinin idman zalında eşitməqüsurlu əlillərdən ibarət komandalar arasında keçirilən “Yaz turniri” davam edir. Azerisport.az xəbər verir ki, artıq turnirin 2 turu geridə qalıb.
Nəticələri diqqətinizə çatdırırıq:
I tur
Ümid – Birlik 3:4
Zirvə – Şimşək 3:4
II tur
Zirvə – Birlik 9:2
Şimşək – Ümid 7:7
Turnirə sabah – aprelin 12-də yekun vurulacaq:
Saat 10:00. Şimşək – Birlik
Saat 11:00. Ümid – Zirvə
