11 aprel 2012 16:49
Qəbələ müdafiəçisinin xidmətindən məhrum oldu
“Qəbələ” müdafiəçisi Saşa Yunisoğlunun xidmətindən məhrum olub. Azerisport.az xəbər verir ki, buna sözügedən futbolçunun vərəqə limitini doldurması səbəb olub.
Belə ki, Premyer Liqanın 27-ci turunun “Xəzər Lənkəran”la oyununda (0:1) Saşa sarı vərəqə ilə cəzalandırılmışdı. Bu isə onun diskvalifikasiya həddinə çatmasına gətirib çıxarıb. Bu üzdən də Yunisoğlu komandasının növbəti oyununu buraxmalı olacaq.
Qeyd edək ki, “Qəbələ” Premyer Liqanın 28-ci turunda “Qarabağ”la qarşılaşacaq.
