11 aprel 2012 17:08
“Premyer Liqa klubları ilə danışıqlara həmişə hazırıq”
Futbol üzrə Azərbaycan birinci divizionunda vaxtından öncə çempionluğunu bayram edən “Qaradağ-Lökbatan”ın prezidenti Tahir Mustafayev Premyer Liqa klublarından komandasının üzvlərinə təkliflər olmasına dair xəbərlərə münasibətini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Məndə belə informasiya yoxdu. İlk dəfə olaraq sizdən eşidirəm. Hazırda bütün futbolçularımız qarşıdakı oyunları düşünürlər. Rəsmi olaraq heç kimdən dəvət almamışıq. Lakin danışıqlara həmişə açığıq”.
“Məndə belə informasiya yoxdu. İlk dəfə olaraq sizdən eşidirəm. Hazırda bütün futbolçularımız qarşıdakı oyunları düşünürlər. Rəsmi olaraq heç kimdən dəvət almamışıq. Lakin danışıqlara həmişə açığıq”.
