11 aprel 2012 18:50
“Çempionluğu Lənkəranda təmin edə bilərik”
“Neftçi”nin müdafiəçisi Ruslan Əmircanov komandasının çempionluq şanslarını dəyərləndirib. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Mən düşünmürəm ki, rəqiblərimizdən altı xal öndə olmağımız böyük üstünlükdü. Çünki iki oyunda uduzmaqla hər şey tam fərqli ola bilər. Qarşıda hələ beş oyun var və qətiyyən arxayınlaşmaq olmaz. Ötən mövsüm biz çempionluğumuzu sona üç tur qalmış rəsmiləşdirmişdik. Əgər qarşıdakı “İnter” və “Xəzər Lənkəran”la oyunlarda qələbə qazansaq, onda çempionluğumuzu Lənkəranda təmin edə bilərik. Fikrimcə, bu, çox yaxşı perspektivdi”.