11 aprel 2012 19:12
İnter Neftçi ilə derbi oyununa belə hazırlaşır (FOTOREPORTAJ)
Dünəndən etibarən “İnter” Premyer Liqanın 28-ci turu çərçivəsində “Neftçi”yə qarşı keçirəcəyi oyunun hazırlığına start verib. Azerisport.az xəbər verir ki, bu gün baş tutan məşq qaçış və fiziki hərəkətlərlə başlayıb. Futbolçular topla çalışdıqdan sonra ikitərəfli oyun keçiriblər.
Qeyd edək ki, “Neftçi” - “İnter” qarşılaşması aprelin 14-də keçiriləcək və saat 17:30-da başlayacaq.
